Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, noyabrda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.
Bu barədə Oxu.Az-a nazirlikdən deyilib.
Belə ki, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 10,7 faizədək artaraq 140 Gbp/s təşkil edib. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 40% artıb.
Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 20 faiz artaraq 25 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20% artıb.