2014-cü ilin noyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 9,1%, metal filizlərinin hasilatı üzrə 0,9%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 4,6% ucuzlaşma müşahidə olunub.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.