Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Neft Fonduna (SOFAZ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 1 mlrd. 96 mln. ABŞ dolları məbləğində vəsait daxil olub.
Bu barədə Oxu.Az-a Fonddan bildirilib.
Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il mayın 1-ə qədər Neft Fonduna daxilolmaların həcmi isə 124 mlrd. 69 mln. dollar təşkil edib.
U.A.
www.oxu.az