OPEC+ alyansın hazırkı strategiyasını bir daha təsdiqləyib və yanvar ayında neft hasilatının gündəlik planlaşdırılan 400 min barel həcmində artırmağa davam etmək qərarına gəlib.
Bu barədə OPEC+ nazirlərinin görüşündən sonra yayılan bəyanatda bildirilib.
Alyans, həmçinin hasilat planına əməl etməyən bəzi OPEC+ üzvlərinin tələbi ilə əvvəllər azaldılmamış hasilatın kompensasiya mexanizminin faəliyyətini 2022-ci ilin iyun ayının sonuna qədər uzadıb.
Mənbə: “RİA Novosti”