OPEC-in gündəlik hasilat həcminin bir milyon barel artırılması barədə qərarı dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, London əmtəə birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 3% bahalaşaraq, 75,2 dollara yüksəlib.
17:26
Bu gün Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 174-cü iclasında gündəlik istehsalın bir milyon barel artırılması ilə bağlı qərar qəbul edilib.
Oxu.Az bununla bağlı Rusiya KİV-ə istinadla məlumat yayıb.