Neft idxalı ölkələrinin təşkilatı (OPEK) neftin qiymətinin ucuzlaşması ucbatından çətin anlar yaşayır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə OPEK prezidenti Nigeriyanın neft naziri Diezani Alison-Madueke, jurnalistlər qarşısında çıxış edərkən bəyan edib.
“Bu həm OPEK, həm də ümumilikdə dünya neft yataqları üçün həqiqətən çətin dövrdür”, - o, qeyd edib.
Daha öncə “Brent” markalı neftin qiyməti bir barel üçün 70 dollara qədər ucuzlaşmışdı.