Bakının məşhur məkanlarından olan “Opera Lounge” bağlanıb.
Oxu.Az xəbər verir ki, Tbilisi prospektində yerləşən restoranın bağlanması barədə məlumatı restoranın daxil olduğu BEAT grup və “Opera Lounge” öz Facebook səhifəsində yayıb.
Məlumatda bildirilir ki, yanvarın 19-dan etibarən “Opera Lounge” öz fəaliyyətini dayandırıb:
“Əziz dostlar! Uzun zamandır bizi sevib, bu illər ərzində bizimlə olduğunuz üçün sizə öz təşəkkürümüzü bildiririk. Ancaq indi üzülmədən sizə xəbər vermək istəyirik ki, biz öz fəaliyyətimizi dayandırırıq.
Ancaq bizim yaxşı xəbərimiz də var, biz həmişəlik getmirik. Ola bilsin, bir neçə müddətdən sonra biz sizinlə yenidən görüşək və “Opera Lounge”ın açılışında iştirak edək”.
E.Ə.
www.oxu.az