“Qarşıdakı dövrlərdə işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla digər regionlarda növbəti KOB evlərini sahibkarların istifadəsinə verməklə onların əhatə dairəsi genişləndiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir:
“Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda KOB İnkişaf Mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir”.
İlhamə Əbülfət