Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Orxan Məmmədov: "Qadınların maliyyə azadlığına sahib olması vacib amildir"
"Azərbaycan qadını sahibkarlıqda da söz sahibidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən "SHE Congress" beynəlxalq qadınlar konqresində çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu gün Azərbaycan qadını yalnız ailədə deyil, sahibkarlıq sahəsində də fəal və təşəbbüskar mövqe tutur:
"Statistika göstərir ki, son illərdə ölkədə sahibkar qadınların sayı artmaqdadır. Əsas məqsədlərimizdən biri ucqar bölgələrdə yaşayan qadınları da biznesə cəlb etmək, onları sahibkarlığa təşviq etməkdir".
Orxan Məmmədovun sözlərinə görə, qadınların maliyyə azadlığına sahib olması vacib amildir:
"Biz qadın sahibkarlığının inkişafına töhfə vermək üçün çalışırıq və bu istiqamətdə dəstəyimizi davam etdiririk. Hər zaman qadın sahibkarların yanındayıq. Onların fəaliyyətləri zamanı dövlət qurumları ilə münasibətlərdə çətinlik yaşamamaları üçün müvafiq dəstək mexanizmləri tətbiq olunur".
KOBİA rəhbəri qeyd edib ki, qadınların biznes mühitində daha fəal və maneəsiz şəkildə fəaliyyət göstərmələri üçün təşviqedici tədbirlər genişləndiriləcək.
Aləmdə Nəsib
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda bir sıra görüşlər keçirib
- Azərbaycanda beş ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
- Prezident AAYDA-ya 1,5 milyon manat ayırdı
- Büdcə uğurla icra olunur, lakin risk mövcuddur...
- Dövlət layihələrində vergi pozuntuları - Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ