“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir”.
Oxu.Az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub və onların təqribən 500-ə yaxını xarici şirkətlərə aiddir.
İlhamə Əbülfət