Yanvar ayında ölkənin tikinti kompleksində 682,7 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 2,9 faiz çox vəsaitdən istifadə edilib və onun 502,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əsas kapitala yönəldilmiş vəsaitin 259,4 milyon manatı yerli mənbələrdən daxil olub.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 121,2 min kv.metr yaşayış evləri, 45 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilib.