Bu gün sosial şəbəkələrdə Bakının mərkəzində, Neftçilər prospekti, Azneft meydanı istiqamətində hərəkət edən, şüşələri 100-lik “plyonka” ilə örtülmüş 85-CC-885 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin şəkili yayılıb.
Oxu.Az xəbər verir ki, şəkilə yazılan şərhlərdə həmin sürücünün idarə etdiyi avtomobilin şüşələrinə ölkədə istifadəsi qadağan olunmuş 100%-lik “plyonka” vurmaqla, mövcud qanunları pozduğu bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, istənilən sürücü qaydaları pozubsa, o, məsuliyyətə cəlb olunacaq.
“Sürücüyə Azərbaycanda avtomobillərin pərdə mövsümü bitdiyindən sonra jalüzidən istifadə etdiyi və nəqliyyat vasitəsinin şüşələrini qanunsuz sənaye üsulu ilə tündləşdirdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsi üzrə 150 manat məbləğində cərimə nəzərdə tutulur”, - deyə, V.Əsədov bildirib.
Biz isə öz növbəmizdə sosial şəbəkələrdə yayılmış həmin fotoşəkili təqdim edirik.
