2014-cü ilin noyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,8 faiz, digər xarici ölkələr üzrə isə 1,8 faiz ucuzlaşma müşahidə olunub.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,1 faiz bahalaşıb. Noyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşıb.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.