Azərbaycan ötən il Gürcüstana səfər edən vətəndaşlarının sayına görə üçüncü yeri tutur.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, Gürcüstan DİN-nin informasiya-analitik departamentinin məlumatına görə, 2013-cü ildə bu ölkəyə səfər etmiş turistlər arasında ilk pillədə Türkiyə vətəndaşları qərarlaşıb – 1 milyon 591 372 min nəfər.
İkinci yeri Ermənistan tutub – 1 milyon 285 min 175 vətəndaş.
Gürcüstana həmçinin 1 milyon 72 min 226 Azərbaycan vətəndaşı və 765 min 458 nəfər Rusiya vətəndaşı səfər edib.