Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il yanvar ayının 1-ə 5 mlrd. 16,7 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 mlrd. 741,6 mln. dollar və ya 63,5% azdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Oxu.Az-a bildirilib.
Bankdan bildirilib ki, noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatları 1 mlrd. 228,9 mln. dollar və ya 19,67% azalıb.

Ülviyyə R. Əli
www.oxu.az