Borclarını vaxtında ödəməyən “Toys"R"Us” iflasın eşiyindədir və buna qarşı addımlar atmaq məqsədilə hüquq firmasına müraciət edib.
Oxu.Az xarici mətbuata istinadən əxəbər verir ki, oyuncaq bazarının liderlərindən olan “Toys"R"Us” hüquq şirkətləri ilə 400 milyon dollar borcunu necə qaytaracağını müzakirə edir. Borcun dekabr ayına qədər ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, şirkət internet üzərindən satışlarda geridə qaldığını etiraf edib. O da məlum olub ki, “Toys"R"Us”un internet səhifəsinin yenilənməsinə 100 milyon dollar xərclənsə də, gözlənilən nəticələr əldə edilməyib.
L.Ə.