Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sahəsində çalışan işçilərin sayını üstələyib
“2023-cü ildə özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sahəsində çalışan işçilərin sayını üstələyib”.
APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
“2019-cu ildə biz bu prosesə başlayanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı. 5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan muzdlu işçilərin sayını üstələyib. Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb”, - deyə o vurğulayıb.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Azərbaycanla İspaniya arasında Strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
- Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
- Mikayıl Cabbarov Yel çərşənbəsi ilə bağlı paylaşım edib
- Mikayıl Cabbarov 8 Mart münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib