Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günaybank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a verdiyi açıqlamada bu məlumatların əsassız olduğunu bildirib.
“Palatanın əməkdaşları qrafikə uyğun olaraq bir aydan çoxdur ki, “Günaybank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günaybank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, pridensial normalara uyğundur”, - deyə o, qeyd edib.