“Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyətə başlaması borcalanlar haqqında daha dəqiq məlumatların əldə edilməsinə, ölkədə maliyyə intizamının güclənməsinə imkan verəcək.
Oxu.Az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, qurumun Strateji xidmətlər Departamentinin direkroru Asim Zülfüqarov deyib.
O bildirib ki, Azərbaycanda 13 ildir ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) xidməti mövcud olsa da, artıq daha dolğun, daha səmərəli və daha operativ kredit tarixçələri sisteminə ehtiyac var:
“Bu səbəbdən də ölkədə ilk özəl kredit bürosunun yaradılması olduqca vacibdir. Kredit Bürosu məlumatların assimetriyasını qaldırmağa, borc alan vətəndaşı daha dəqiq müəyyənləşdirməyə imkan verəcək. Burada borcalanın bu günə qədər olan borcları öz əksini tapacaq. Hər bir borcalan özü haqqında borc götürüb-götürə bilməyəcəyi ilə bağlı məlumat əldə edəcək”.
L.Ə.
www.oxu.az