“PAŞA Sığorta” şirkəti sosial fəaliyyətinin davamı olaraq “Sağlamlıq Üçün Addımla!” adlı yeni sosial xarakterli müsabiqəyə start verir.
Müsabiqənin keçirilməsində əsas məqsəd insanların fəal və sağlam həyat tərzinə cəlb olunmasıdır. Müsabiqə avqust ayının 8-dən başlayaraq sentyabr ayının 4-nə kimi davam edəcək və “PAŞA Sığorta” şirkətinin rəsmi “Facebook” səhifəsində keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ilk öncə addımları ölçən (“AppleHealth”, “Fun Fit” və bu kimi) müvafiq mobil tətbiqi (mobil əlavəni) telefonlarına yükləməlidirlər. Daha sonra müsabiqə iştirakçıları mobil tətbiqə (mobil əlavəyə) daxil olub, qeydə alınmış gündəlik xülasənin ekran görüntüsünü yadda saxlayaraq (screenshot) şirkətin rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş “Sağlamlıq Üçün Addımla!” başlıqlı paylaşımın şərhlər bölümündə öz nəticələrini paylaşmalıdırlar.
Müsabiqə müddətində hər bir iştirakçı nəticəsini istənilən qədər paylaşa bilər. 4 həftə davam edəcək müsabiqədə hər həftə ən yüksək nəticə göstərmiş 3 şəxs müsabiqənin qalibi elan olunacaq və “PAŞA Sığorta” şirkəti tətəfindən “Amburan” istirahət mərkəzinə 2 nəfərlik HƏDİYYƏ kuponu əldə edəcək.
“PAŞA Sığorta” şirkətinin rəsmi “Facebook” səhifəsi: https://www.facebook.com/pasha.insurance/
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan “PAŞA Sığorta” 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 milyon 890 min 100 manat sığorta ödənişi edib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.