Dünyada ən çox satılan avtomobil modeli olaraq Ginnesin Rekordlar Kitabına düşən Toyota Corolla öz titulunu qorumağa davam edir. Öz sinfində ən çox satılan model ünvanı hələ də ondadır.
Təhlükəsizliyi, rahatlığı və yanacaq qənaəti ilə alıcıların sevimlisinə çevrilmiş Corolla modeli həm də göz oxşayan yeni dizaynı ilə insanların rəğbətini qazanır. Texniki xarakteristikasına isə söz ola bilməz. Avtomobil üçün ağlınıza gələcək və gəlməyəcək bütün xüsusiyyətlər Toyota Corolla-da öz əksini tapıb.
Şəhər kənarı yollarda peşəkarlığını sübut etmiş və yenilənmiş Toyota RAV4 bir neçə xüsusiyyətləri ilə seçilir ki, bunlardan biri də Bakı kimi əhalinin sıx məskunlaşdığı meqapolislərdə həyat tərzinə çevrilmiş tıxaclara qarşı manevr imkanlarıdır.
Bütün bu keyfiyyətləri ilə yanaşı yanacağın bahalaşdığı bir dövrdə qənaətli yanacaq sərfiyyatı sizin köməyinizə gələcək. Beynəlxalq ekoloji standartlara cavab verməsi onu alıcıya sevdirən bir digər xüsusiyyətdir. RAV4-ün üstünlükləri nəzərə alındıqda o insanların zövqünü oxşayan ideal şəhər krossoveridir.
Toyota-nın elan etdiyi payız endirimləri sayəsində çoxdan arzuladığınız yapon keyfiyyətini sərfəli qiymətlərlə əldə etmək mümkündür.
Toyota Corolla Active (1.3L MT) 20 700 AZN-ə yox, 16800 AZN-ə; Toyota Corolla Elegance + (1.6L CVT) isə 25 500 AZN-ə yox 21700 AZN-ə əldə edə bilərsiniz.
Toyota RAV4 2WD Urban 31 200 AZN-ə yox, 28900 AZN-ə; Toyota RAV4 4WD Prestige isə 41 300 AZN-ə yox, cəmi 34700 AZN-ə əldə edin.
Toyota şirkəti Azərbaycanda ən aşağı faizlə kredit təklif edir – illik 14%! Həmçinin Toyota avtomobillərini sərfəli lizinq şərtləri ilə əldə edə bilərsiniz, üstəlik cəmi 20% ilkin ödənişlə. Əgər Toyota avtomobiliniz köhnəlibsə, onu yenisi ilə əvəzləyə bilərsiniz.
Toyota keyfiyyətini bu qiymətə əldə etmək fürsəti hər zaman ələ düşməz. Toyota-nın Azərbaycandakı rəsmi dilerləri olan Toyota Bakı Mərkəzi və Toyota Gəncə Mərkəzinə müraciət edin və yapon keyfiyyətinin nə olduğunu hiss edin.