Bakıda təmirə bağlanmış yol açılıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Atatürk prospketi (Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişmədən Məmməd Araz küçəsi ilə kəsişməyə qədər) və Moskva prospektində (“Alov” zavodunun qarşısı) aparılan təmir işləri yekunlaşıb.
Ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.
E.Ə.
www.oxu.az