Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq yeni dönmə əməliyyatı üçün nəzərdə tutulan keçid hazırdır.
Genişləndirilən digər ərazidə səki daşları düzülərək köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.