“Petkim Holding”ə xarici ticarət sərmayə şirkəti statusu verilib.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin bu qərarı rəsmi qəzetlərdə yayımlanıb. “Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısında 57-ci sırada yer alıb.
Bundan əvvəl “Arçelik”, “Bosch”, “Ford Avtomobil”, “Temsa”, “Tofaş”, “Türk Traktör”, “Tüpraş”, “Vestel” və sair şirkətlər bu statusu almışdılar.
Bu siyahıya daxil olan şirkətlərə vergi güzəştləri tətbiq olunur.
L.Ə.