Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Petkim” I rübü mənfəətlə başa vurdu
Türkiyənin məşhur neft-kimya xammal istehsalçısı “Petkim” 2016-cı ilin I rübündə ötən ilin anoloji dövrü ilə müqayisədə 235% artımla 149 milyon TL (təxminən 80 milyon manat) xalis mənfəət əldə edib.
Bu barədə Oxu.Az “Petkim Petrokimya Holding A. Ş.”ə istinadən xəbər verir.
Bundan başqa, hesabata görə, holdinqin aktivləri 5 milyard 461 milyon lirə (təxminən 3 milyard manat) təşkil edib.
Qeyd edək ki, ötən ilin I rübündə şirkətin xalis mənfəəti 44,4 milyon TL (təxminən 24 milyon manat) olmuşdu.
Holdinqin baş direktoru Sadəddin Qorqud isə qeyd edib ki, 2015-ci ildə həyata keçirilən maksimum istehsal və sürətli satış strategiyasını 2016-ci ilin I rübündə də davam etdirdik.
Qorqud onu da əlavə edib ki, son 3 ayda valyuta məzənnələrində dəyişiklik, tələb və neft-kimya məhsullarının qiymətinin bahalaşması onları daha çevik qərar verməyə məcbur edib:
“Şirkətimizin maksimum səviyyədə istehsal və bazar tələblərinə daha çevik reaksiya verilməsi strategiyası nəticəsində neft-kimya bazarında olan mövcud vəziyyəti öz xeyrimizə dəyişə bildik”.
Məlumata üçün bildirək ki, Türkiyə sənayesini xammalla təchiz edən “Petkim”in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.
Ülviyyə R. Əli
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Türkiyənin tanınmış müğənnisi Sertab Erener məhkəməyə verildi
- Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb
- Türkiyənin ədliyyə naziri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirib
- Ekrem İmamoğlu əlyazması ilə mesaj paylaşdı