“Pirallahı adası” yatağında 2 yeni quyuda qazma işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Xatırladaq ki, 1180 nömrəli quyunun layihə dərinliyi 700 metr, 1142 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.
Quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.