2017-ci il mayın 1-nə Azərbaycanda banklar tərəfindən 2493 ədəd bankomat quraşdırılıb.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, mayın 1-nə Bakıda 1357 ədəd regionlarda 1136 ədəd bankomat quraşdırılıb.İlin əvvəli ilə müqayisədə bankomatların sayı 1,6% artıb.
Hesabat dövründə ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında isə əksinə azalma baş verib. Xüsusilə may ayının əvvəlinə onların sayı 70618 ədəd olub. Hansıki ilin əvvəlində bu rəqəm 71164 ədəd idi. Beləliklə azalma 1,65% təşkil edib.
Pos-terminalların 98,7%-i pərakəndə ticarət obyektlərində quraşdırılıb. May ayında bu göstərici 69706 ədəd olub. Halbuki ilin əvvəlində həmin rəqəm 70338 ədəd idi.
L.Ə.