Bakıda çoxmərtəbəli bina tikmək istəyən özəl şirkətlər şəhərin mərkəzində və ətrafındakı gecəqonduların sahibləri ilə anlaşaraq, halallıq yolu ilə o əraziləri satın almalıdırlar.
Oxu.Az SalamNews xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın yekunlarına həsr olunmuş konfransda deyib.
Dövlət başçısı bildirib ki, paytaxtda göydələnlərin tikilməsi məhdudlaşdırılmalı, ictimai maraqlara cavab verən zonaların inşası genişləndirilməlidir.