İyunun 1-nə Azərbaycanda bank kreditlərinin məbləği 11 milyard 945,5 milyon manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu göstərici bir ay əvvəllə müqayisədə 129,7 milyon manat və ya 1,1% artıqdır.
Kreditlərin 1 710,8 milyon manatının vaxtı keçib. İlin əvvəli ilə müqayisədə isə problemli kreditlərin həcmi 84 milyon manat yüksəlib.
İyunun əvvəlinə ümumi kredit portfelində problemli kreditlərin payı 14,3% olub. Bu göstərici aprelin sonuna 14,5%, martın sonunda 14,7%, fevralın sonunda 14,7%, yanvarın sonuna 14,5%, ötən ilin sonuna 13,8% olub.
L.Ə.
www.oxu.az