Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla əlaqədar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində vətəndaşların müraciəti üçün xüsusi bölmə yaradılıb.
Oxu.Az-ın məlumatına görə, vətəndaşlar burada tez-tez verilən suallara cavab tapa, eləcə də, yeni sual ünvanlaya bilərlər.
Həmçinin, bölmədə fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatoru da fəaliyyət göstərir.