Azərbaycanda pul bazası bu il noyabrın 1-nə 9 153,3 mln. manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, bu, oktyabrın 1-i ilə müqayisədə 281,8 mln. manat və yaxud 3,18% çoxdur.
İlin əvvəlinə nisbətən pul bazası 610,1 mln. manat və yaxud 7,14%, son bir ildə isə 621,7 mln. manat və yaxud 7,29% artıb.
Qeyd edək ki, pul bazasının ən yüksək həddi 2014-cü ilin sonunda qeydə alınıb: 11 milyard 744 milyon manat. Bundan sonrakı proseslər isə manatın kəskin dəyərsizləşməsi ilə davam etdi və tədricən pul bazası 5 milyarda qədər düşdü. Lakin onu da nəzərə alaq ki, hazırkı 9 milyard səviyyəsi 2014-cü ildəki 11 milyard səviyyəsinə yaxın da hesab edilmir, çünki 2014-cü ildə manatın dollara olan məzənnəsi 0,78 ilə hesablanırdı. Ona görə də indiki 9 milyardlıq həcm Mərkəzi Bankın cilovlamaq imkanı daxilindədir.
Pul bazasının vəziyyəti:
| Tarix | Pul bazasının həcmi, mln. AZN |
| 31.10.2018 | 9153.3 |
| 28.09.2018 | 8871.5 |
| 31.08.2018 | 8318.2 |
| 31.07.2018 | 8888.9 |
| 29.06.2018 | 8588.0 |
| 31.05.2018 | 8404.4 |
| 30.04.2018 | 8413.0 |
| 30.03.2018 | 9471.0 |
| 28.02.2018 | 9180.6 |
| 31.01.2018 | 8761.6 |
İlhamə Abdullayeva
www.oxu.az