Türkiyə Rusiya ilə Bakıda Rusiya qazına görə qiymət müzakirəsi aparmayacaq.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
“Bakıda iyunun 13-də birinci Avropa Oyunlarının açılış mərasimindən sonra dövlət başçısı Rəcəb Təyyib Ərdoğan və Rusiyanın prezidenti Vladimir Putin bir araya gələcək. Mənim də bir sıra görüşlərim olacaq.
Müzakirə edəcəyimiz məsələ Rusiyanın Türkiyəyə satdığı təbii qazın qiyməti ilə bağlı deyil. Qiymət müzakirələri tamamlanmış vəziyyətdədir. Qiymətlə bağlı yeni bir müzakirə nəzərdə tutulmur. Danışılacaq mövzu qiymət müzakirələrinin imzalanmağa yol açması mövzusudur”, - Taner Yıldız deyib.