Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan 2014-cü ildə Xəzərdə nərəkimilərin kommersiya məqsədli ovlanmasına qadağanın uzadılması barədə razılığa gəliblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə Xəzərin su bioresursları komissiyasının dekabrın 23-25-də Həştərxanda keçirilən iclasından sonra bildirilib.
Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 2014-cü ilin ikinci yarısında Həştərxanda keçiriləcək zirvə toplantısında imzalanmaq üçün hazırlanacaq.