Toy etməyə hazırlaşan gənclərə şad xəbərimiz var.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Rusiyadan Bakıya hamını heyrətə salacaq gəlin maşını gətirilib.
Bu maşının qeyri-adiliyi isə ondadır ki, onun faytona bənzər dizaynı var.
Qabaq hissəsindən sadə “Chrysler” görünüşlü olan avtomobilin arxa oturacaq hissəsi tamamilə dəyişdirilərək fayton formasına salınıb.
Oxu.Az sizə həmin avtomobilin fotosunu təqdim edir. Onu da bildirək ki, foto sosial şəbəkədə böyük səs-küyə səbə olub.