Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,83% azalaraq 47,01 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,12% ucuzlaşaraq 44,10 dollar təşkil edib.
Qeyd edək ki, neft ABŞ-da hasilatın artması ilə əlaqədar olaraq ucuzlaşır.
Brent neftinin qiyməti bu ilin birinci rübündə 57 dollaradək bahalaşmışdı. Həmin qiymət ilə müqayisədə artıq neft təxminən 17,5% ucuzlaşıb.
Neftin qiymətinin 40 dollara və daha da aşağı düşə biləcəyi proqnozlaşdırılır.
U.A.
www.oxu.az