Mövsümü gəlməsə də bazarlarda yemiş və qarpız satışı başlayıb.
Qiymətləri isə “cib yandırır”. Qiymətin baha olmasına baxmayaraq elə indidən qarpız-yemiş dadını damaqlarında hiss edərək yay ab-havası yaşayanlar da, az deyil.
Oxu.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, satıcılardan öyrəndiyimiz kimi, qiyməti ceyran belində olan qarpız İrandan idxal olunub. İran yemişinin 1 kiloqramı 5 manat, qarpızın bir kiloqramı isə 2 manat 50 qəpikdən 4 manatadəkdir.
Satıcı İran qarpız-yemişinin özümüzünkündən elə də fərqlənmədiyini və bal kimi şirin olduğunu deyir. Ancaq alıcılar azdır. Bəziləri mövsümü olmadığına, bəziləri də baha olmasını görə qarpız almaqdan çəkinir.