Ötən gün ATV telekanalında yayımlanan “Bığ show”da maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, verilişə qonaq qismində dəvət alan aktrisa və aparıcı Tunay Əliyeva xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli İlhamə Quliyevanı parodiya edib.
Şounun digər qonağı, müğənni Vüqar Rəhimli xalq artistinin repertuarından bir mahnı səsləndirəcəyini qeyd edib. Verilişin aparıcıları Cavid Gül və Şəhriyar Əbilov onun İlhamə Quliyevadan icazə alıb-almadığını soruşublar. Bu anda Tunay xalq artistini parodiya etməyə başlayıb.
Sözügedən parodiyanı oxuculara təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az