Bu gün Ağsu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Ağsu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.