“Qazprom eksport” ildə 2 milyard kubmetr qazın “Azərbaycan metanol şirkəti”nə (AzMeCo) satılması haqqında müqavilə imzalayıb, Rusiya şirkəti bildirib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, müqaviləni “Qazprom eksport”un baş direktoru Yelena Burmistrova və AzMeCo-nun idarə heyətinin sədri Nizami Piriyev imzalayıblar.
“Təbii qazın “Qazprom”dan nəql edilməsi, Qaradağ metanol zavodunun 100% zəmanətli işləməsini təmin edəcək”, - press-relizdə deyilir.
Tədarükün yaxın zamanda başlayacağı planlaşdırılır.
Şirkət qeyd edib ki, söhbət son istehlakçıya çatdırılmadan gedir.
“Azərbaycan metanol şirkəti” 2007-ci ildə neft-kimya layihələrinə sahibkar və operator kimi investisiyaların həyata keçirilməsi üçün yaradılıb.
Xəzər hövzəsi karbohidrogen sənayesində beynəlxalq investisiyalar portfelinə əlavə olaraq, AzMeCo Azərbaycanda, o cümlədən də Qaradağ metanol zavodunda əsas sərmayələr planı yaradıb.
Azərbaycan uzun müddət “Qazprom”un Avropada qaz potensialı rəqibi hesab edilirdi. Cümə günü Vyanada Rusiya Federasiyası energetika naziri Aleksandr Novakın Aİ-nin vitse-prezidenti Maroş Şefçoviç ilə, əsasən Rusiyadan Aİ-yə qaz kəmərinin çəkilməsinə dair danışıqlar keçirilib.