Hələ fevralın əvvəlində uğurlu alınması haqqında danışılan, Türkiyə üçün Rusiya qazının qiymətinin ucuzlaşdırılması barədə danışıqlar çıxılmaz vəziyyətə düşdü.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın “Komersant” qəzeti Türkiyə mənbələrinə istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin mart ayında Türkiyənin Enerji Nazirliyi və “Qazprom” bu ölkəyə nəql edilən Rusiya qazının qiymətinə 10,25%-dək endirimin tətbiqi barədə razılıq əldə etmişdilər.
İndi şirkətlər endirimi hansı komponentə tətbiq edəcəkləri barədə qərara gələ bilmirlər.
Nəşrin məlumatına əsasən, “Qazprom” endirimin müqavilə qiymətinə, Botas isə baza qiymətinə tətbiq edilməsinin tərəfdarıdır. Sonuncu variant Botas üçün neftin gələcəkdə qiymətlərinin bahalaşması zamanı əlverişlidir.
“Bu mübahisələrlə Moskva və Ankara arasında “Türk axını” tikintisinə dair daha irimiqyaslı siyasi müqavilələrin yerinə yetirilməsi şübhə altına düşür. Belə ki, Türkiyə onun başlamasına icazəni gecikdirir. Ekspertlərin fikrinə görə, Ankara qaz kəməri amilini lirənin ucuzlaşmasından əziyyət çəkən yerli idxalçıların vəziyyətini yüngülləşdirmək üçün istifadə edir”, - qəzet yazır.
“Qazprom” və Botas 2014-cü ilin dekabr ayının 1-də Türkiyədən keçərək Rusiyadan Qara dənizə olan qaz kəmərinin tikilməsinə dair qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.
Boru kəmərinin qüvvəsi 63 milyard kubmetrdir, onlardan 50 milyard kubmetrini yeni qaz xabı üzrə türk-yunan sərhəddinə çatdırılması planlaşdırılır. Qaz kəməri üzrə 15,75 milyard həcmində qaz türk bazarına çatdırılacaq, qaz nəqlinə isə 2016-cı ilin dekabr ayında başlamaq planlaşdırılır.