Rusiyanın “Qazprom” şirkəti ilə Macarıstan arasında “Türk axını” boru kəməri layihəsi üzrə qaz nəqli ilə bağlı saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg macar xəbər agentliyi MTI-yə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, “Türk axını” layihəsinin Macarıstana qədər davamı 2019-cu ilin sonuna kimi inşa olunacaq.
L.Ə.