Azərbaycanda ötən il ərzində torpaq məcəlləsinin pozulmasına dair 422 fakt aşkarlanıb.
Oxu.Az APA-ya istinadən bildirir ki, bu haqda məlumatı jurnalistlərə Torpaq və Kartoqrafiya üzrə Dövlət komitəsinin sədri Qərib Məmmədov xəbər verib.
Onun sözlərinə görə, bu Qanun pozmaların 272-si xəbərdarlıq yolu ilə aradan qaldırılıb, 150 inzibati Qanun pozma faktına görə isə protokol tərtib edilib.
“Bu pozuntulara yol verən şəxslərə 15 372,5 manat cərimə ödənilməsi tələb edilib, məbləğin 4 065,5 manatı ödənilib, ödənilməmiş 11 307 manat məbləğində cərimələrin sənədləri müvafiq tədbirlərin görülməsi üçün məhkəməyə göndərilib. Hesabatı verilmiş dövr üzrə 422 Qanun pozuntusu fiziki şəxslər tərəfindən törədilib”.
Q.Məmmədov qeyd edib ki, ötən il 3 786 şikayət sənədinə baxılaraq müvafiq tədbirlər görülüb, o cümlədən 769 təkrar müraciət, 1300 müraciət isə xüsusi nəzarət altına alınıb.