Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşeliyində kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Hərbi attaşenin köməkçisi, polkovnik-leytenant Vüqar Altay oğlu Mehdiyev vəzifəsindən azad edilərək geri çağırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən V. Mehdiyevin Azərbaycanda hərbi hissələrdən birində vəzifəyə təyin olunduğu bildirilib.
Qeyd edək ki, V.Mehdiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq qərargah rəisi və komandanı vəzifəsini icra etmiş general-mayor Altay Mehdiyevin oğludur.
O, 2012-ci ildə Türkiyədə hərbi attaşenin köməkçisi təyin olunub.
Rəylər