Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər.
M.Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.
F.Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Müdafiə Nazirliyində struktur dəyişikliklərinin olduğu da bildirilir.
Xatırladaq ki, oktyabrın 22-də Azərbaycan prezidentinin sərəncamı ilə Zakir Həsənov Səfər Əbiyevin yerinə müdafiə naziri təyin olunub.