Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qeydiyyata alınmadan tütün məmulatı istehsal edənlər cərimələnəcəklər
Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcəklər.
“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə “Tütün və tütün məmulatı haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul olunub.