Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda bəzi cərimələr ikiqat ARTIRILIR
Qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.
"Cərimə" teqi üzrə xəbərlər
- Azərbaycanda dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır
- Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
- Azərbaycanda iki bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb ediliblər
- Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi
- Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi