“Azərkosmos” ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.
Oxu.Az-a ASC-dən verilən məlumata görə, müqaviləyə əsasən, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı "Azerspace-1" peykinin resurslarından istifadə etməyə başlayıb.
“Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından Azərkosmos üçün böyük əhəmiyyət daşıyır”-deyə, “Azərkosmos qeyd edib.
Qeyd edək ki, Qırğızıstanın digər kanalları da "Azerspace-1" peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
Ülviyyə R. Əli
www.oxu.az