Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qızıl füçersinin dəyəri tarixi maksimumu yeniləməyə davam edir
2025-ci ilin iyun ayı üzrə qızıl füçerslərinin qiyməti Nyu-York Əmtəə Birjasının bölməsi olan "Comex" birjasında bir Troya unsiyası üçün 3 350 dollar səviyyəsini keçərək tarixi maksimumunu yeniləyib.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:22-yə olan məlumata əsasən, qiymətli metalın dəyəri 1,7% artaraq bir Troya unsiyası üçün 3 353,7 dollar təşkil edib. Saat 22:27-yə olan məlumata görə isə qızılın qiyməti artmaqda davam edərək bir unsiya üçün 3 354,1 dollara (+1,71%) yüksəlib.
Qızılın 2025-ci ilin iyunu üzrə füçersinin qiyməti "Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) bir Troya unsiyası üçün 3 300 dollar səviyyəsini keçərək tarixi maksimumu yeniləyib.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1.81% artaraq bir Troya unsiyası üçün 3 302.7 dollar təşkil edib. Bakı vaxtı ilə saat 9:00-a qızılın qiyməti artımını yavaşladaraq bir unsiya üçün 3 300.6 dollara (+1.74%) düşüb.