Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qızıl füçersinin qiyməti tarixi maksimumunu yenilədi
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızıl füçersinin 2024-cü ilin dekabrında çatdırılma üzrə qiyməti tarixi maksimumunu yeniləyib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata görə, qızıl füçersinin bir Troya unsiyası üçün 2 800 dollardan yuxarı sövdələşmə əldə edilib.
Bakı vaxtı ilə saat 10:39-a olan məlumata görə, qiymətli metalın dəyəri bir Troya unsiyası üçün 2 800,4 dollar (0,69%-dən çox) təşkil edib. Bakı vaxtı ilə saat 10:42-də isə qızılın qiyməti bir unsiya üçün 2 800,1 dollara (+0,68%) enib.
"Qızıl" teqi üzrə xəbərlər
- Qızılın qiyməti tarixi maksimuma çatdı
- Qızılın içərisindən qum tökülür - İDDİA
- Külli miqdarda qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur - Saxlanılan məmurun FOTOSU
- Əsəddən sonra Suriyanın nə qədər qızılının qaldığı məlum olub
- Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ
Ən çox oxunanlar