Dünya bazarında neftin ucuzlaşması fonunda qiymətli metallar bahalaşır. Azərbaycan Mərkəzi Bankının bu gün açıqladığı rəqəmlərə görə, ölkədə qızıl, gümüş, platin bahalaşıb.
Oxu.Az xəbər verir ki, hazırda qızılın qiyməti 2088.2545 manatadır. Halbuki, bir həftə əvvəl qızıl 2073.6345 manata idi.
Digər metalların qiymətində da bahalaşma var. Belə ki, hazırda Mərkəzi Bankın kursunda gümüş 24.3935, platin 1437.5455, palladium isə 1924.8590 manata göstərilib.